Putin: “Rusiya Qərblə əməkdaşlığa hazırdır”

16:57 19 İyun 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 17:55 ]

Bakı. Faiq Mahmudov – APA. “BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ilə əlaqələrin genişlənməsinə baxmayaraq, Rusiya Qərb ilə əməkdaşlığa hazırdır”.

APA-nın “gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda deyib.

 
“Yeni qlobal artım mərkəzləri ilə fəal əməkdaşlıq Qərb tərəfdaşlarımızla dialoqa az önəm verməyimiz anlamına gəlmir. Əminəm ki, əməkdaşlığımız mütləq davam etdiriləcək”, - deyə V. Putin vurğulayıb.
 

Rusiya prezidenti Latın Amerikası və BRİKS ölkələri ilə iqtisadi əməkdaşlığın böyük potensialının olduğunu vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR