İspaniya yığmasının sabiq üzvü "Neftçi"də - ÖZƏL

İspaniya yığmasının sabiq üzvü "Neftçi"də -   ÖZƏL
18:07 19 İyun 2015
69 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" ilk transferini həyata keçirib. Fanat.az хəbər verir ki, Bakı klubu "Simurq"dan ayrılan Xuan Alberto Alvaradonu heyətinə qatıb.

Qısaca Melli adlandırılan ispan futbolçu ilə müqavilə bağlanıb. O, artıq Avstriyaya yollanaraq komanda ilə məşqlərə başlayıb.

Qeyd edək ki, Melli qışda transfer olunduğu "Simurq"un heyətində 18 oyun keçirib. 31 yaşlı müdafiəçi vətənində "Betis", "Poli", "Tenerife", Belçikada "Gent", "Şerif" və Yunanıstanda "Erqotelis" klublarının formasını geyinib. O, 2000-2006-cı illərdə U-16, U-17, U-19, U-20 və U-21 yığmalarında çıхış edib. 

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-spaniya-ymasnn-sabiq-uzvu-quotneftciquotd-t41755.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR