MERS virusu Cənubi Koreya prezidentinin reytinqini 29 faiz aşağı salıb

MERS virusu Cənubi Koreya prezidentinin reytinqini 29 faiz aşağı salıb
18:08 19 İyun 2015
96 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Cənubi Koreya Prezidenti Pak Kın Henin reytinqi ölkədə 24 nəfərin ölümünə səbəb olan MERS virusunun yayılması fonunda 29 faizə qədər aşağı enib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, “Gallup” sosioloji kompaniyasının məlumatına əsasən, iki həftə ərzində prezidenti dəstəkləyən ölkə vətəndaşlarının sayı 10 faizə qədər azalıb. Onun fəaliyyətindən narazılığa əsas səbəb kimi koronovirusun yayılmasına gecikən reaksiyası göstərilir.
Pak Kın He 2013-cü ilin fevral ayında Cənubi Koreyanın prezidenti seçilib. Hazırkı reytinq onun prezident kimi fəaliyyətə başladığı müddətdən bəri populyarlığının ən aşağı göstəricisidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/MERS_virusu_Cenubi_Koreya_prezidentinin_reytinqini_29_faiz_asagi_salib-865364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR