Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi azalıb
18:26 19 İyun 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 30-100, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti xəbər yayıb.

Bildirilir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 9 santimetr azalma müşahidə olunub.

Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində mühüm dəyişiklik qeydə alınmayıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 303, Şirvanda 143, Salyanda 68, Bankədə 177, Novruzlu məntəqəsində isə 27 santimetrdir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=351898

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR