"Qızıl medalın bir addımlığındayam"

"Qızıl medalın bir addımlığındayam"
17:46 19 İyun 2015
62 İdman
Ölkə mətbuatı
A- A+

"Finaldakı rəqibim zəif deyil. Rusiyalı Vladislav Larinlə artıq görüşmüşəm və 2 dəfə məğlub olmuşam. Qızıl medalın bir addımlığındayam. Allahın köməyi ilə çalışacağam ki, əlimdən gələni edim, qızıl medalı qazanım".

ANS PRESS-in məlumatına görə, bu sözləri Avropa Oyunlarının taekvondo yarışlarında 80 kq çəki dərəcəsində finala vəsiqə qazanmış Azərbaycan təmsilçisi Radik İsayev deyib.

“Birinci dövrəni buraxdım, çünki rəqibim sağlamlığı ilə bağlı problemi olduğundan çıxış etmədi. İkinci döyüş hollandiyalı ilə çətin keçdi. Sonra növbəti döyüşdə asanlıqla qalib gəldim. Hərçənd, rəqibim zəif deyildi. O, olimpiada iştirakçısı və dünya çempionatının mükafatçısı idi. Allaha şükür olsun ki, indi finaldayam. Bir az fasilə və yenə irəli!”-deyə Radik bildirib.

İsayev qeyd edib ki, bugünkü görüşün nəticəsindən asılı olmayaraq, yarışlardan sonra ailəsinin yanına gedib bir müddət istirahət edəcək: “Sonra isə geriyə qayıdıb hazırlıqlara başlayacağam. Qarşıdakı olimpiadaya mütləq düşmək lazımdır”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR