Azərbaycanlı gənc vokalçı ABŞ-da təhsil alacaq

Azərbaycanlı gənc vokalçı ABŞ-da təhsil alacaq
18:56 19 İyun 2015
87 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı gənc vokalçı Emin Eminzadə dünyada məşhur olan musiqi akademiyasına daxil olub.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, beynəlxalq müsabiqələrin laureatı, 18 yaşlı bu istedadlı gənc bir il ABŞ Dövlət Departamentinin xətti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Texas ştatında musiqi təhsili alıb. E.Eminzadə təhsil aldığı müddətdə imtahanlarda uğur qazanaraq Amerika Musiqili və Dramatik Akademiyasına daxil olub.

Qeyd edək ki, E.Eminzadə bu məşhur musiqi akademiyasına daxil olan ilk azərbaycanlı kimi də tarixə düşüb. O, Texas ştatında dəfələrlə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği ilə bağlı təqdimatlarda iştirak edib və Azərbaycan mədəniyyət ilə amerikalıları yaxından tanış edib.

Bu fəallığına görə E.Eminzadəyə Texas rəhbərliyi tərəfindən ştatın fəxri vətəndaşı statusu verilib.

Xatırladaq ki, gənc vokalçı bu günədək İtaliya, İspaniya, Qazaxıstan və Hollandiyada keçirilən beynəlxalq musiqi müsabiqələrinin laureatı adina layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR