Yeni Türk şahzadəsi (FOTO)

Yeni Türk şahzadəsi (FOTO)
18:56 19 İyun 2015
86 Digər
Ölkə mətbuatı
A- A+

Osmanlı sülaləsindən olan şahzadə Osman Səlahəddin Osmanoğlunun 9-cu nəvəsi dünyaya gəlib.

ANS PRESS-in məlumatına görə, yeni körpənin dünyaya gəlməsi ilə həyatda olan sultan sayı 13 olub. Esma Emira Osmanoğlunun 11 ildən sonra dünyaya gələn ilk sultan (qız nəvə) olduğu qeyd edilib. Son illər sultanların dalbadal vəfat etməsi və dünyaya sultan gəlməməsinə görə Osmanlı sülaləsində olan sultan sayı azalmışdı.

Ata tərəfdən Osmanlı padşahlarından beşinci Muradın, ana tərəfdən Sultan Məhməd Rəşadın nəvələrindən olan Osman Səlahəddin Əfəndinin 2 oğlan, bir qız övladı var. Üç övladı da evil olan Osman Səlahəddin Əfəndi qızından 5, böyük oğlundan 2, kiçik oğlundan 1 nəvə sahibidir. Son nəvə isə 2003–cü ildə Alev Öcal ilə İstanbul Əsma Sultan Sarayında evlənən kiçik oğlu Şəhzadə Səlim Süleyman Əfəndidən gəldi.

Əsma Əmira adı verilən körpə ilə həyatdakı Osmanlı sultanının sayı 13 -ə çatdı. Osmanlı xanədanına mənsub, hələ də həyatta olan 25 nəfər şəhzadə var. Yeni dünyaya gələn sultanın soy ağacı isə belədir : “Sultan Beşinci Murad Xan, Məhməd Səlahəddin Əfəndi, Əhməd Nihad Əfəndi, Əli Vasıb Əfəndi, Osman Səlahəddin Əfəndi, Səlim Süleyman Əfəndi, Əsman Sultan.”




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351876

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR