İngiltərəli turist: "Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib"

İngiltərəli turist: "Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib"
19:08 19 İyun 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları çox möhtəşəm keçir və Azərbaycan bu Oyunları yüksək səviyyədə təşkil edib". Bunu Trend-ə Avropa Oyunlarına tamaşa etmək üçün Azərbaycana gəlmiş ingiltərəli turist Alan Vest deyib.

A.Vest bütün idman yarışlarını izləməyə çalışdığını qeyd edib: "Mənim üçün çox maraqlıdır. İstəyirəm ki, bütün 20 idman növü üzrə yarışları izləyim. Təbii ki, bu, bir qədər çətindir. Ancaq burada nəqliyyat sistemi yaxşı təşkil edilib. Bir yarışların keçirildiyi bir arenadan digərinə getmək o qədər də çətin deyil və digər tərəfdən, insanlar sənə kömək edirlər".

Birinci dəfədir Azərbaycana gəldiyini deyən A.Vest ölkəmzi çox bəyəndiyini və insanların çox mehriban və qonaqpərvər olduğunu bildirib: "Hələ ki, yalnız Bakını gəzmişəm. Bakı gözəl şəhərdir, yaxşı muzeylər var. Ümumiyyətlə, Azərbaycan çox maraqlı ölkədir, burada Avropa ilə Asiyanın çox maraqlı bir kombinasiyasını müşahidə edirəm. Eyni zamanda, burada gördüklərimdən deyə bilərəm ki, Azərbaycan zəngin mədəni irsə malikdir. Yenidən buraya qayıtmaq istərdim".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR