“FOODEX Japan” sərgisi ilə bağlı təqdimat keçirilib

“FOODEX Japan” sərgisi ilə bağlı təqdimat keçirilib
19:18 19 İyun 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Yaponiyanın Xarici Ticarətin İnkişafı Təşkilatının (JETRO) Daşkənd nümayəndəliyi tərəfindən “FOODEX Japan” sərgisi ilə bağlı təqdimat keçirilib. Tədbirdə 20-yə yaxın yerli şirkətin nümayəndəsi iştirak edib.
AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, qurumun vitse-prezidenti Vidadi Quliyev Azərbaycanın son illər əldə etdiyi iqtisadi uğurlar, qeyri-neft sektorunda müşahidə edilən yüksək artım templəri barədə məlumat verib, yerli məhsulların tanıdılması baxımından ölkəmizdə və xaricdə təşkil edilən sərgi və konfransların əhəmiyyətini vurğulayıb. Vidadi Quliyev sahibkarların xarici əlaqələrinin genişləndirilməsi istiqamətində AZPROMO tərəfindən görülən işlər, eləcə də bu sahədə Yaponiyanın “JETRO” təşkilatı ilə əməkdaşıq barədə danışıb, yerli şirkətlərin beynəlxalq sərgilərdə iştirakına bundan sonra da dəstək veriləcəyini deyib.
JETRO-nun Daşkənd nümayəndəliyinin baş direktoru Manabu Simoyasiro tədbir iştirakçılarına 2016-cı ilin mart ayında Yaponiyada keçiriləcək “FOODEX Japan” sərgisi haqqında ətraflı məlumat verib. O, sərgidə iştirak etmək istəyən şirkətlərə qoyulan tələbləri, qeydiyyat qaydalarını və iştirakçılar üçün zəruri prosedurları diqqətə çatdırıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FOODEX_Japan_sergisi_ile_bagli_teqdimat_kechirilib-865392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR