Dünyanın ən sülhsevər ölkələrinin reytinqi

Dünyanın ən sülhsevər ölkələrinin reytinqi
19:21 19 İyun 2015
120 Şou
Ölkə mətbuatı
A- A+

“The Economist Intelligence Unit” təşkilatı dünyada ən sülhsevər ölkələrin reytinqini dərc edib.
 
Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, bu siyahıya daxil edilmiş 162 dövlət arasında Çex Respublikası 10-cu yeri tutub. Xatırladaq ki, 2014-cü ildə Çexiya həmin siyahıda 11-ci yeri tuturdu. 2015-ci ildə ən sülhsevər dövlət isə İslandiya hesab edilib.

2007-ci ildən etibarən hər il tərtib olunan bu reytinqdə dövlətlər onlarca meyar əsasında qiymətləndirilir: son bir neçə ildə ölkənin iştirak etdiyi müharibələrin sayı, həlak olmuş əsgərlərin sayı, hərbi ehtiyaclar üçün ayrılan vəsaitin həcmi, həmhüdud dövlətlərlə münasibətlər, vətəndaşlar arasında qarşılıqlı etimad, silahların əhali üçün əlyetərli olub-olmaması və s.

Sülhsevərlik reytinqi ən yüksək olan dövlətlərin birinci onluğunu Çex Respublikası qapayır. İlk onluğa Danimarka, Avstriya, Kanada, Yaponiya da daxildir. ABŞ 94-cü, Rusiya 152-ci yeri tutur.

Ölkələrin sülhsevərlik dərəcəsini göstərən reytinq siyahısında sonuncu yeri Suriya tutur. Bu siyahıda axırıncı onluğa İraq, Somali, Şimali Koreya və Pakistan da daxildir


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32393

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR