Putindən neftin qiyməti ilə bağlı etiraf

Putindən neftin qiyməti ilə bağlı etiraf
19:21 19 İyun 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin ölkəsinin iqtisadi böhranla mübarizəsini nikbin qarşılayır.

ANS PRESS-in məlumatına görə, Rusiya lideri Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda bu barədə danışıb.

Putin qeyd edib ki, Rusiya bu istiqamətdə iş görür və ölkədə dərin iqtisadi böhranın qarşısı alınacaq. O deyib ki, ölkənin maliyyə və bank sistemi artıq yeni şəraitə uyğunlaşıb, infilyasiya isə nəzarətdədir. Putin həmçinin Qərbin sanksiyalarına baxmayaraq Rusiyada qalan xarici investorlara təşəkkür bildirib.

O, həmçinin Moskva ilə Qərb arasında əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu qeyd edib. Putin bildirib ki, Moskva Qərbin sanksiyalarına Rusiyanı biznesə daha açıq etməklə cavab verir.

Qərbin Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və dünya bazarında neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatına ciddi ziyan vurub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=351930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR