Aygun Kazimova Kamran Hesenliye: "Get klarnetini cal"

Aygun Kazimova Kamran Hesenliye: "Get klarnetini cal"
13:34 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Sosial şəbəkədə bir neçə il öncə verilişlərin birində xalq artisti Aygün Kazımovanın aparıcı Kamran Həsənli barəsində söylədiyi kadrlar yayılıb. Lent.az-ın məlumatına görə, K.Həsənlinin aparıcılıq etdiyi canlı yayıma  zəng edən A.Kazımova aparıcı barəsində bu sözləri deyib: “Qonaqlarınızı, musiqiçilərinizi salamlayıram. Kamran, mən hazırda üzümü tutub sənə baxıram, demək istəyirəm ki, sən hər dəfə mövzular edirsən, nəsə demək, sübut etmək istəyirsən. Özü də mənim barəmdə. Hər dəfə sənin başından vururlar. Neçə dəfə verilişini alırlar əlindən,   kimlərinsə yazığı gəlir, yaxşı, bu verilişdən, bu proqramdan da getsə,  bu yazıq Kamran harda işləyəcək? Yenə də, Kamran, sənin ağlın başına gəlmir. Mən sənə deyərdim ki, get klarnetini çal”.

 

Mövzu ilə bağlı Lent.az-ın əməkdaşı K.Həsənli ilə əlaqə saxlayıb. Aparıcı isə mövzudan yayınıb: “Hazırda mən ANS telekanalındayam. Təxminən 1-2 saata işdən çıxacam. Bu barədə sonra danışaram”. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR