Erməni məşqçi Bakıda heyran qaldı

Erməni məşqçi Bakıda heyran qaldı
18:26 19 İyun 2015
100 İdman
Ölkə mətbuatı
A- A+

I Avropa Oyunlarında iştirak etmək üçün Azərbaycana gələn sərbəst güləş üzrə Rusiya yığma komandasının məşqçisi Vladimir Modosyan Bakı haqqında fikirlərini bölüşüb.

Erməni əsilli məşqçi Bakıda keçirdiyi hisslər, aldığı təəssüratlar barədə danışıb. Modosyan qeyd edib ki, Avropa Oyunları idman sahəsində ilk belə mötəbər turnirdir və onu keçirmək şərəfi Bakıya nəsib olub:

“Burada hər şey çox yüksək səviyyədə təşkil olunub - dəqiq, savadlı, səliqəli və mükəmməl. Təşkilat Komitəsinin üzvləri çox xeyirxahdır, hər bir qonağa nəzakətlə yanaşırlar. Əgər kiminsə hər hansı problemi yaranırsa, bir neçə dil bilən könüllülər dərhal yaxınlaşıb kömək edirlər, suallara cavab verirlər. Mən hesab edirəm ki, bu idman bayramı həddən artıq yüksək səviyyədə baş tutdu”.

Modosyan Ermənistan-Azərbaycan münaqişəsinin erməni idmançılarının “Bakı-2015”dəki çıxışlarına təsiri məsələsinə də toxunub: “Siyasət idmana təsir göstərə bilməz, göstərməməlidir. Çoxları elə düşünürdü ki, burada erməni-azərbaycanlı münaqişəsi ilə bağlı bu və ya digər formada hansısa bir problem yarana bilər. Lakin Avropa Oyunlarında hər şey tamamilə başqa cürdür. Bura yalnız idmanı sevən və ona hörmət edən insanlar toplaşıb. Onların hamısının yalnız bir məqsədi var - qalib gəlmək, qələbə qazanmaq”.

Rusiya millisinin erməni əsilli məşqçisi Bakıya valeh olduğunu da söyləyib: “Mən Bakıdan sadəcə heyrətə gəlmişəm. Müasir binalar və idman zalları, idmançıların yaşadığı kənd - heç də hər ölkədə belə ideal şərait yoxdur. Bununla hər bir ölkə öyünə bilər. Bakının gözəlliyi bütün qonaqları, o cümlədən məni valeh edib. Bakını, Azərbaycan xalqının qonaqpərvərliyini və xeyirxahlığını görəndən sonra bir daha başa düşdüm ki, bu xalqın, bu ölkənin çox gözəl gələcəyi var”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR