"Muarem Muaremlə bağlı danışıqlar hələ də davam edir. İnanırıq ki, biz “Qarabağ”la razılığa gələcəyik”. Famat.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Türkiyənin "Eskişəhərspor" klubunun vitse-prezidenti Ahmet Yalçın deyib.
O, “Qarabağ”ın makedoniyalı yarımmüdafiəçisi Muarem Muaremin "Eskişəhərspor"a keçidinin hələ də gündəmdə olduğunu bildirib. Klub rəsmisi "Qarabağ"ın onlardan çox pul istədiyini və belə bir məbləği verə bilməyəcəklərini deyib: "Qarşı tərəf bizim verdiyimiz məbləğə razı deyil. Onlar daha çox pul istəyirlər. Biz də transferlərə çox pul xərclədiyimizdən həmin məbləğə razı ola bilmərik. Hazırda gözləmə mövqeyindəyik. Maurem onsuz da 6 ay sonra azad futbolçu olacaq. Amma o bizə indi də lazımdı. Hazırda danışıqları davam etdiririk. Muarem komandamız üçün çox iş görə bilər. Buna görə də onun transferində israrlıyıq".
Fanat.az