Qadın boksçularımızdan növbəti məğlubiyyət

Qadın boksçularımızdan növbəti məğlubiyyət
19:41 19 İyun 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2015 birinci Avropa Oyunlarında qadın boksçuların yarışında idmançımız ilk döyüşündə məğlub olub.

ANS PRESS-in məlumatına görə, qadın boksçuların yarışında Azərbaycanı orta çəkidə (69-75 kq) təmsil edən Leyla Cavadova bu gün 1/8 finalda Rusiya idmançısı Yaroslava Yakuşina ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə təmsilçimiz baxımlı döyüş nümayiş etdirsə də, hakimlərin rəyinə əsasən rus boksçu qalib elan edilib.

Xatırladaq ki, bu gün Leyladan əvvəl rinqə rinqə ölkəmizi yüngülvari (48-51 kq) çəkidə təmsil edən Anaxanım Ağayeva çıxıb. Lakin o, 1/8 finalda polşalı rəqibi Sandra Drabikə məğlub olub.

Ondan fərqli olaraq kişi boksçularımızdan ilk olaraq rinqə çıxan Tayfur Əliyev isə yarımyüngül çəkidə (56 kq) 1/8 finalda Rumıniya boksçusu Nikolae Andreianaya qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, rinqə çıxacaq növbəti boksçumuz Azərbaycanı yarımağır çəkidə (81 kq) təmsil edən Teymur Məmmədov olacaq. Olimpiya, dünya və Avropa çempionatları mükafatçısının 1/8 finaldakı rəqibi Polşa idmançısı Yordan Kulinski olacaq. Görüş Bakı vaxtı ilə saat 21:15-də başlayacaq.

Ondan dərhal sonra, saat 21:45-də rinqə Azərbaycanı superağır çəkidə (+91 kq) təmsil edən, Olimpya Oyunlarının bürünc mükafatçısı, dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq. Onun rəqibi Gürcüstan boksçusu Mixeil Baxtidze olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR