Hesablama Palatası yoxlamaların nəticələrini parlamentə təqdim edəcək

Hesablama Palatası yoxlamaların nəticələrini parlamentə təqdim edəcək
18:42 19 İyun 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında Oğuz, Ağcabədi və Yardımlı rayonlarının icra hakimiyyətlərinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və  ehtiyat fondlarından, Sabirabad rayon İcra Hakimiyyətinə dövlət əsaslı vəsait qoyuluşundan və "Mənzil və kommunal təsərrüfatı" bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiya iclasında İş Planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları da təsdiq edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/351469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR