Taylandda NcoV virusuna yoluxma qeydə alınıb

19:47 19 İyun 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 19:43 ]


Bakı. Faiq Mahmudov – APA. Taylandda NcoV (Orta Şərq Respirator Sindromu) virusuna ilk yoluxma halı qeydə alınıb.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, virusa yoluxmuş şəxs ürək xəstəliyindən əziyyət çəkən 75 yaşlı Oman vətəndaşıdır.
 

Ekspertlər NcoV virusunun Orta Şərq və Səudiyyə Ərəbistanından yayıldığını iddia edirlər. Onların sözlərinə görə, bu virusu ilk vaxtlarda aşkarlamaq olduqca çətindir, yalnız xəstəlik müəyyən mərhələyə keçdikdən sonra müəyyən etmək olur. Çünki onun ümumi əlamətləri soyuqdəyməyə bənzəyir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387843

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR