Ruslan Abışov rəsmən "Qəbələ"ni tərk etdi

Ruslan Abışov rəsmən "Qəbələ"ni tərk etdi
19:52 19 İyun 2015
69 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın yarımmüdafiəçisi Ruslan Abışov bu gün "Qəbələ" klubu ilə rəsmən yollarını ayırıb. Ruslan bu qərara klubun baş məşqçisi Roman Qriqorçukla söhbətdən sonra gəlib. 

Klub onun çıxış etdiyi mövqeyə güclü legionerlər gətirəcəyini bildirib, Ruslan əsas heyətdə ona daimi yer olmayacağını anlayıb və "Qəbələ"dən getmək qərarına gəlib.

Xəbəri atv.az-a açıqlamasında "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov təsdiqləyib: "Bircə onu deyə bilərəm ki, bu gün rəsmən Ruslanla vidalaşdıq. Onun hansı klubla yeni müqavilə bağlayacağını bilmirəm".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ruslan-abov-rsmn-quotqblquotni-trk-etdi-t41762.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR