"Mühteşem Yüzyıl"ın davamı çəkilir

"Mühteşem Yüzyıl"ın davamı çəkilir
20:12 19 İyun 2015
84 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın dörd bir tərəfindən, o cümlədən Azərbaycanda milyonlarla tamaşaçının qəlbində taxt quran Türkiyənin ən məşhur serialının davamı gəlir.

Anspress-in məlumatına görə, bu dəfə rejissorlar Osmalı tarixinin ən önəmli dövrlərindən bəhs edən "Mühteşem Yüzyıl"ın davamı olan "Kösəm sultan" serialının çəkilişlərinə başlayıblar.

Serialın bu ilin sentyabr ayından efirə çıxacağı gözlənilir. Filmdə rolların seçimi ilə bağlı kastinqlər isə ötən ildən başlayıb. Ən çox maraq mövzusu olan isə Osmanlı tarixinin ən qəddar qadınlarından hesab edilən Kösəm sultanı kimin ifa edəcəyi olub. Belə ki, serialda adıçəkilən sultanın müxtəlif yaş dövləri canlandırılacaq. Onlarda ən əsasını isə gənc aktrisa Beren Saat ifa edəcək.

Filmdə rol alacaq məşhurlardan biri də aktrisa və müğənni Hülya Avşardır. O, gözəlliyi, zəkası ilə məşhur Safiye sultan xarakterini canlandıracaq. Artıq aktrisa özəl kostyumlarında kameralar qarşısına keçib. İngiltərə kraliçasına yaxınlığı ilə seçilən sultan kraliçanın ona hədiyyə etdiyi ağ pişiyinə də Yelizavetta adını vermişdi. Yeni fotosessiyasında da o, məhz ağ pişiyi ilə iştirak edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/351477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR