Bəyazdan gözlənilməz qərar

Bəyazdan gözlənilməz qərar
13:41 21 Yanvar 2015
139 Şou
Ölkə mətbuatı
A- A+

20 ildir müxtəlif televiziya verilişləri hazırlayıb, bir çox serial və filmdə yer alan türkiyəli şoumen Bəyazid Öztürk aktyorluq karyerasına son qoyub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, şoumen bu haqda media nümayəndələri ilə söhbətində açıqlama verib: “Proqram məni çox yorur. Aktyorluq vaxt aparan bir işdir. Artıq bu barədə düşünmürəm. Aktyorluğu bu peşənin sahibləri etsinlər”.

Qeyd edək ki, Bəyaz indiyədək “Hacivat Qaragöz niyə öldürüldü”, “O indi məhkum”, “Sirr uşaqları”, “Rəqqasə”, “Nihavend möcüzə” kimi filmlərlə yanaşı, “Həyat yoldaşım və anam”, “Biz sizə aşiq olduq”, “Yalan dünya” seriallarında rol alıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR