Bu qızı görənlər polisə xəbər etsin - foto

Bu qızı görənlər polisə xəbər etsin - foto
20:26 19 İyun 2015
122 Şou
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunun Zərnava kənd sakini Yusif Abdurəhmanov 04.06.2015-ci il tarixdə rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək onunla birlikdə yaşayan qızı, 04.01.1992-ci il təvəllüdlü Səidə Abdurəhmanovanın bu il iyunun 2-də saat 12 radələrində evdən xəbərsiz çıxaraq getdiyini, bir daha geri qayıtmadığını bildirib.

Axşam.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, S.Abdurəhmanovanın xarakterik əlamətləri aşağıdakılardır: boyu 160 santimetr, gözlərinin rəngi şabalıdı, saçları uzun və qara rəngli, sifəti ağbənizdir.

Evdən çıxan zaman onun əynində tünd göy rəngli cins şalvar, ön hissəsində qırmızı rəngli gül şəkilləri olan qısaqol ağ köynək, tünd göy rəngli gödəkçə, ayağında isə göy idman çəkməsi olub.

S.Abdurəhmanovanı görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan (050) 211-31-84 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=32397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR