Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 İyun

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 19 İyun
20:27 19 İyun 2015
59 Digər
Ölkə mətbuatı
A- A+




 
GÜNÜN ŞƏRHİ
 
Yaxşı siyasətçi, pis siyasətçi, güclü siyasətçi, zəif siyasətçi... Siyasətçilər adətən bu cür qiymətləndirir və hər zaman da dəyərləndirmə subyektiv sayılır. Dəmirəli yaxşı və pis, güclü və zəif siyasətçi sayanlar zamanında da olub, indi də var. Yürütdüyü siyasətin nəticəsindən asılı olmayaraq hər kəsin barışdığı bir məqam var – Dəmirəl siyasətlə yoğrulmuş azsaylı insanlardan biridir. Belə siyasətçilərin dəyəri sağlığında deyil, öldükdən çox-çox illər sonra bilinir. Çünki “siyasətçi uzaqgörən olmalıdır” ifadəsi belə siyasətçilər sayəsində doqmalaşıb. Elə bu səbəbdəndir ki, illər öncə türk siyasətində Dəmirəl erasının qapandığını bayram edənlər indiki siyasilərə baxıb “əvvəllər siyasətçilər vardı” deyə baş bulayırlar. Süleyman Dəmirəl Türkiyə tarixinin bir hissəsidir, Dəmirəl danmaq tarixi danmaq deməkdir. Sabah İspartada təkcə Dəmirəlin nəşi dəfn olunmayacaq, torpağa həmçinin bir siyasətçilər nəsli tapşırılacaq. Ərbakan, Ecevit, Türkeş, İnönü ilə bir nəsildən idi Dəmirəl. Siyasətdə olduğu kimi həyatda da onlardan üstün olduğunu sonuncu dəfə isbatladı. Bu nəslin ən çox yaşayan nümayəndəsi olmaqla. Allah rəhmət eləsin! 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387846

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR