x
Loading...

Azərbaycanlı oxatan Olqa Senyuk növbəti mərhələdə Danimarka təmsilçisi ilə qarşılaşacaq

Azərbaycanlı oxatan Olqa Senyuk növbəti mərhələdə Danimarka təmsilçisi ilə qarşılaşacaq
19:33 19 İyun 2015
53 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 19 iyun, Ceyhun Rüstəmov, AZƏRTAC
İyunun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qadın oxatanların fərdi mübarizəsinə 1/32 mərhələdən start verilib.
AZƏRTAC xəbər verir ki, qadın oxatanların yarışında Azərbaycan təmsilçiləri də mübarizə aparıblar. İlk olaraq mübarizəyə qoşulan Olqa Senyuk rumıniyalı Simona Bancilaya 6:5 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Yaylagül Ramazanova (Azərbaycan) – Xatuna Narimanidze (Gürcüstan) qarşılaşmasının qalibi isə gürcüstanlı oxatan olub – 4:6.
Kamandan oxatma üzrə qadınlar arasında fərdi mübarizədə sonuncu təmsilçimiz Nurlanə Vəliyeva isə rusiyalı Kristina Timofeyeva ilə qarşılaşıb. Sərrast atışlardan sonra rusiyalı oxatan 6:0 hesabı ilə qalib gəlib.
İyunun 21-də qadınların fərdi yarışlarının 1/16 mərhələsində aşağıdakı cütlüklər mübarizə aparacaqlar:
Karina Vinter (Almaniya) – Ünsal Begünhan (Türkiyə)
Nicky Hunt (Böyük Britaniya) – Nataliya Yerdniyeva (Rusiya)
Kristina Timofeyeva (Rusiya) – Evangeliya Psarra (Yunanıstan)
Anastasiya Pavlova (Ukrayna) – Alexandra Lonqova (Slovakiya)
Yasemin Anagöz (Türkiyə) – Alena Tolkaç (Belarus)
Adriana Martin (İspaniya) – Xatuna Narimanidze (Gürcüstan)
Natalia Valeeva (İtaliya) – Yuliya Lobzhenidze (Gürcüstan)
Alisia Marin (İspaniya) – Laura Ruggieri (Fransa)
Yelena Richter (Almaniya) – Hanna Marusova (Belarus)
Miriam Alacon (İspaniya) – Quendalina Sartori (İtaliya)
İnna Stepanova (Rusiya) – Aybukə Aktuna (Türkiyə)
Yekaterina Timofeyeva (Belarus) – Lidiya Siçenikova (Ukrayna)
Berengere Sçuh (Fransa) – Esther Deden (Niderland)
Olqa Senyuk (Azərbaycan) – Maya Jaqer (Danimarka)
Veronika Marçenko (Ukrayna) – Elena Tonetta (İtaliya)
Lisa Unruh (Almaniya) – Adriana Zuranska (Polşa).








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_oxatan_Olqa_Senyuk_novbeti_merhelede_Danimarka_temsilchisi_ile_qarsilasacaq-865421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR