Putin: Rusiya özünü aqressiv aparmır, sadəcə əzmlə maraqlarını müdafiə edir

Putin: Rusiya özünü aqressiv aparmır, sadəcə əzmlə maraqlarını müdafiə edir
20:52 19 İyun 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 20:48 ]

Bakı-APA. Rusiya xarici siyasətdə özünü aqressiv aparmır, sadəcə ardıcıl olaraq əzmlə maraqlarını müdafiə edir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün jurnalistlərə Rusiya prezidenti Vladimir Putin bildirib.  

 

“Biz özümüzü  aqressiv aparmırıq. Biz öz maraqlarımızı daha əzmlə və davamlı şəkildə müdafiə etməyə başlamışıq, biz uzun müddət, demək olar ki, onilliklər boyu sakit dayanmışdıq və əməkdaşlığın müxtəlif elementlərini təklif edirdik, lakin tədricən bizi sıxışdıra-sıxışdıra elə bir xəttə çatdırdılar ki, ondan o tərəfə biz artıq keçə bilmərik”, deyə Putin qeyd edib.  

 

Onun sözlərinə görə, dünyanın yeni quruculuğu ilə məşğul olmaq lazım deyil, birgə işləmək, digərlərinə hörmətlə yanaşmaq, ümumi problemlərin həlli yollarını tapmaq lazımdır. “Rusiya hər-hansı hegemonluğa iddialı deyil, o hansısa xəyali fövqəldövlət statusa malik olmağa iddia etmir”, deyə prezident əlavə edib.    


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387847

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR