Azərbaycanda məzunların 99,4 faizi attestat alıb

Azərbaycanda məzunların 99,4 faizi attestat alıb
13:43 21 Yanvar 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

2014-cü ildə əyani ümumi təhsil müəssisələrini bitirən 83,8 min nəfər məzunun 83,2 min nəfəri və ya 99,4 faizi tam orta təhsil haqqında attestat alıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, 2014/2015-ci tədris ilinin əvvəlinə olan məlıumata görə, ölkənin 4456 dövlət və 20 qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində 1,3 milyon şagird təhsil alır. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan 6000 uşağın təhsil aldığı 16 xüsusi məktəb və ya ümumi təhsil müəssisələrində xüsusi siniflər fəaliyyət göstərib.

Son illər ikinci və üçüncü növbələrdə təhsil alan şagirdlərin xüsusi çəkisinin azalması müşahidə olunur. Belə ki, 2013-cü ildə ümumi təhsil müəssisələrində bu göstərici 15,1 faiz olduğu halda, 2014-cü ildə 14,9 faizə düşüb.

2014/2015-ci tədris ilinin əvvəlinə olan məlumata görə, şagirdlərinin sayı 50,4 min nəfərdən artıq olan 82 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərir.

Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 612 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 81,3 min şagird təhsil alır.

İlkin məlumatlara əsasən, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə ölkədə fəaliyyət göstərən 1639 dövlət va 41 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsində 108 min uşaq və ya 1-5 yaşlı uşaqların 13,5 faizi tərbiyə alır.

Komitədən bildirilib ki, əhalinin təhsil səviyyəsi ilbəil artır. Bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 971-i ali, orta ixtisas və orta təhsilə malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR