"Kəpəz"də daha bir görüş - FOTO

"Kəpəz"də daha bir görüş -   FOTO
20:22 19 İyun 2015
56 İdman
Ölkə mətbuatı
A- A+

“Kəpəz”in Müşahidə Şurası və klub rəhbərliyi görüşlər keçirməkdə davam edir. Fanat.az xəbər verir ki, bu dəfə komandanın azarkeşləri ilə görüş baş tutub. 


Gəncə şəhər stadionunda reallaşan yığıncağı giriş sözü ilə icraçı direktor Mehman Allahverdiyev açıb. “Kəpəz”in elitaya yüksəlməsi münasibəti ilə gəncəli fanatları təbrik edən klub rəsmisi görüləcək işlərlə bağlı danışıb. 


Çıxışına “Kəpəz” azarkeşlərinə göz aydınlığı verməklə başlayan Nərimanoğlu futbolsevərləri klubun ətrafında birləşməyə çağırıb: “Kluba dəstək vermək siz fanatların üzərinə düşür. Pis və yaxşı günündə əsl azarkeş komandanın yanında olmalıdır. Bu gün stadion problemi ilə bağlı “Kəpəz”in çempionatda “ev” oyunlarını Gəncədən kənarda keçirmək ehtimalı var. Amma şəhər rəhbərliyi bu problemi aradan qaldırmaq üçün bütün qüvvəsini səfərbər edib. İlk növbədə çalışıb Nizami yurdunda oynamalıyıq. Çünki futbol siz azarkeşlər üçündü”. 


Müşahidə Şurasının üzvü stadionda fanklub üzvləri üçün xüsusi sektorların ayrılacağını və çılğın azarkeşlərin baraban, eyni zamanda klubun atributları ilə təmin olunacağını söyləyib. 


Görüşün sonunda Müşahidə Şurasının üzvləri və klub rəsmiləri azarkeşlərlə birgə stadiona baxış keçiriblər. Arenada görüşdən xatirə qalacaq foto çəkilib.




Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkpzquotd-daha-bir-goru-t41764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR