Boksçumuz Teymur Məmmədov da 1/4 finala yüksəldi

Boksçumuz Teymur Məmmədov da 1/4 finala yüksəldi
21:33 19 İyun 2015
237 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir İlkin İzzət/

Bakı-2015 birinci Avropa Oyunlarında kişi boksçuların yarışında yarım-ağır çəki dərəcəsində (81 kq) mübarizə aparan idmançımız Teymur Məmmədov növbəti döyüşünə çıxıb.

Trend-in məlumatına görə, 1/8 final mərhələsində polşalı boksçu Yordsan Kulinski ilə qarşılaşan T.Məmmədov baxımlı döyüş nümayiş etdirib.

Yekunda 3:0 hesabı ilə qalib gələn boksçumuz 1/4 finala yüksəlib.

Xatırladaq ki, bu gün kişi boksçularımızdan ilk olaraq rinqə çıxan Tayfur Əliyev yarımyüngül çəkidə (56 kq) 1/8 finalda Rumıniya boksçusu Nikolae Andreianaya qalib gələrək 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, rinqə çıxacaq növbəti boksçumuz Azərbaycanı superağır çəkidə (+91 kq) təmsil edən, Olimpya Oyunlarının bürünc mükafatçısı, dünya çempionu Məhəmmədrəsul Məcidov olacaq. Onun rəqibi Gürcüstan boksçusu Mixeil Baxtidze olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR