“Telekom” Çempionlar Liqasına yeni baş məşqçi ilə gedir

“Telekom” Çempionlar Liqasına yeni baş məşqçi ilə gedir
21:34 19 İyun 2015
114 İdman
Ölkə mətbuatı
A- A+

“Telekom”u yeni mövsümdə çalışdıracaq baş məşqçinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi 2015/2016 mövsümündə Çempionlar Liqasında və Super Liqada Zoran Qayiçin rəhbərliyi altında oynayacaq.

 

2011/2012 və 20014/2015 mövsümündə (2015-ci ildə) “Rabitə”də çalışan, komandanı dünya və Azərbaycan çempionu edən Olimpiya Oyunlarının qalibi ilə artıq müqavilə rəsmiləşib. Onun qarşısına əsas şərt kimi çıxış edəcəkləri yarışda uğurlu nəticə tapşırığı qoyulub. Qayiç, həmçinin klubda yeni nəslin yetişməsinə və komandada gənclərin təcrübə qazanmasına da nəzarət edəcək.

 

O, bu postda Eldar Yusubovu əvəzləyib.

 

Qeyd edək ki, 1958-ci il təvəllüdlü Qayiç Yuqoslaviya milli komandası ilə 2000-ci il Sidney Olimpiadasının finalında Rusya komandasını yenməklə Olimpiadanın qızıl medallarına layiq görülüb. Bu möhtəşəm uğurdan bir il sonra bu komanda təcrübəli mütəxəssisin rəhbərliyi altında Avropa çempionatının da qızıl medallarına sahib çıxıb.

 

2002-ci ildə Rusiya yığmasının sükanı arxasına gətirilir. Rusiya voleybol tarixinə ilk əcnəbi məşqçi kimi keçən Qayiç milli komandayla 2005-ci il Avropa çempionatının finalına yüksəlir, həlledici oyunda isə meydan sahibləri İtaliya komandasına tay-brekdə məğlub olaraq gümüş medallara sahib çıxıb.

 

2006-cı ildə Moskvada keçirilən FİVB Dünya Liqasının yarımfinalında Braziliya milli komandasına yenilən Qayiçli Rusiya komandası bürünc medal uğrunda görüşdə Bolqarıstan millisini 3:0 hesabı ilə yenərək turniri 3-cü pillədə başa vurur. 2007-ci  ildən etibarən Rusiyanın “İskra Odintsovo”, “Ural” komandalarını çalışdıran təcrübəli mütəxəssis burada da birincilərə Çempionlar Liqasının bürünc medalını qazandırıb. Qayıç, həmçinin “Arçelik”lə Türkiyə, “Olimpiakos”la Yunanıstan, “Mladost” və “Voyvodina” ilə Yuqoslaviya çempionu tituluna da yiyələnib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/206400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR