x
Loading...

Azərbaycan üçün Ukrayna və Rusiya

Azərbaycan üçün Ukrayna və Rusiya
21:01 19 İyun 2015
73 İdman
Ölkə mətbuatı
A- A+
.

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişi və qadınların yarışında növbəti oyunlar keçirilir.

ANS PRESS-in məlumatına görə, kişilər qrup mərhələsinin sonuncu turuna çıxıb.

Kişilərin yarışında təmsilçilərimiz Bernardo Romano və Leonid Qritsay A qrupunun lideri olan italyanlarla üz-üzə gəlib. Təmsilçilərimiz 1:2 (15:21, 9:21) hesabı ilə uduzublar. Qrupu 3-cü pillədə başa vuran Bernardo Romano və Leonid Qritsay cütlüyü pley-off mərhələsinə vəsiqə qazanıb. Onlar 1/8 finala çıхmaq uğrunda yarışacaq.

H qrupunda iştirak edən digər yığmamız - Neylton Santos - Yaroslav Rudik cütlüyü də liderə qarşı mübarizə aparıb. İsveçrəlilərlə qarşılaşan voleybolçularımız məğlub olub - 0:2 (19:21, 13:21). Buna baхmayaraq onlar qrup ikincisi olaraq pley-off mərhələsində iştirak hüququ qazanıb. Bu mərhələnin oyunları saat 19.00-da başlayacaq.

Qadınlar yarışında 1/4 final mərhələsi keçiriləcək. Azərbaycanın heç bir təmsilçisi bu mərhələyə qədər irəliləyə bilmədiyindən, medal şansımız qalmayıb.

Çimərlik voleybolu
19 iyun

Kişilər, III tur
A qrupu
Bernardo Romano/Leonid Qritsay (Azərbaycan) - Aleks Rangieri/Enriko Rossi (İtaliya) 0:2
Morten Kvamsdal/Oevind Hordvik (Norveç) - Lukas Kazdailis/Arnas Rumseviçyus (Litva) 2:0

B qrupu
Maçey Rudol/Maçey Kosyak (Polşa) - Fransisko Tomas Kuadrado/Sezar Menendes Orteqa (İspaniya) 2:1
Aleksey Strasser/Qabriel Kisslinq (İsveçə) - Aleksey Denin/Aleq Plotnitski (Ukrayna) 2:0

C qrupu
Paolo İnqrosso/Matteo İnqrosso (İtaliya) - Nikos Zupani/Georgios Kotsilianos (Yunanıstan) 2:0
Aleksandr Solovey/Ruslan Sorokins (Latviya) - Yaroslav Qordeyev/Vladislav Yemelyançuk (Ukrayna) 2:1

D qrupu
Martins Plavins/Haralds Reqza (Latviya) - Peter Eqlser/Daniel Mullner (Avstriya) 2:1
Aleksandr Kavalenka/Aleksandr Dziadku (Belarus) - Pekka Pippo/Yurki Nurminen (Finlandiya) 2:1

E qrupu
Steven van de Velde/Maykl van Dorsten (Hollandiya) - Səlçuk Şəkərci/Hasan Mermer (Türkiyə) 2:1
Sean Faiqa/Ariel Hilman (İsrail) - Premisl Kubala/Yan Hadrava (Çexiya) 1:2

F qrupu
Yaroslav Koşkarev/Dmitri Barsyuk (Rusiya) - Yannik Salvetti/Jan-Baptiste Doqer (Fransa) 0:2
Peter Kildeqard/Kristoffer Abell (Danimarka) - Engin Özbək/Hakan Göktepe (Türkiyə) 0:2

G qrupu
Fransisko Marko Arroyo/Kristian Rodriges Qarsiya (İspaniya) - Tobias Vinter/Lorens Peter Petutşniq (Avstriya) 0:2
Kris Qreqori/Jak Şif (Böyük Britaniya) - Kristo Kollo/Rivo Vesik (Estoniya) 0:2

H qrupu
Neylton Santos/Yaroslav Rudik (Azərbaycan) - Marko Krattiger/Sebastian Çevallier (İsveçrə) 0:2
Romain di Cantommaso/Maksim Tierçi (Fransa) - Robert Kufa/Yan Dumek (Çexiya) 2:1

Pley-off oyunları
19:00. Aleksandr Kavalenka/Aleksandr Dziadku (Belarus) - Səlçuk Şəkərci/Hasan Mermer (Türkiyə)
19:00. Maçey Rudol/Maçey Kosyak (Polşa) - Peter Eqlser/Daniel Mullner (Avstriya)
19:00. Nikos Zupani/Georgios Kotsilianos (Yunanıstan) - Robert Kufa/Yan Dumek (Çexiya)
20:00. Morten Kvamsdal/Oevind Hordvik (Norveç) - Aleksandr Solovey/Ruslan Sorokins (Latviya)
20:00. Premisl Kubala/Yan Hadrava (Çexiya) - Fransisko Marko Arroyo/Kristian Rodriges Qarsiya (İspaniya)
20:00. Kristo Kollo/Rivo Vesik (Estoniya) - Yannik Salvetti/Jan-Baptiste Doqer (Fransa)
21:00. Neylton Santos/Yaroslav Rudik (Azərbaycan) - Aleksey Denin/Aleq Plotnitski (Ukrayna)
22:00. Yaroslav Koşkarev/Dmitri Barsyuk (Rusiya) - Bernardo Romano/Leonid Qritsay (Azərbaycan)

Qadınlar, 1/4 final
Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) - Karolina Rehaçkova/Eliska Qalova (Çexiya) 2:0
Yekaterina Sirtçeva/Mariya Prokopeva (Rusiya) - Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya) 1:2
Paula Qutyerres Soria/Angela Errero Lobato (İspaniya) - Nikole Eholzer/Nina Betşart (İsveçrə) 0:2
Rimke Braakman/Jolien Sinnema (Hollandiya) - Laura Ciombini/Qiulia Toti (İtaliya) 1:2

1/2 final
20 iyun
12.00 Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) - Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya)
13.00 Nikole Eholzer/Nina Betşart (İsveçrə) - Laura Ciombini/Qiulia Toti (İtaliya) 1:2

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351939

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR