x
Loading...
.

Adi ağac parçasından maraqlı əsər

Adi ağac parçasından maraqlı əsər
21:05 19 İyun 2015
108 Maraqlı
Ölkə mətbuatı
A- A+
.

Əslən Laçın rayonunun Qarqışlaq kəndindən olan 52 yaşlı İman Hüseynov adi ağac parçasından maraqlı əsərlər yaradır. Milli.Az El TV-ə (Region TV) istinadən xəbər verir ki, hazırda ailəsi ilə birlikdə Ağcabədi rayonunda məskunlaşan İman Hüseynov ağac oyma sənəti ilə məşğuldur. Yaratdıqları içərisində ölkəmizin tarixi abidələrinə, dahi şairlərə, ictimai xadimlərə,eləcə də qartallara və müxtəlif heyvanlara aid əsərlər 
yer alır.
Ailənin xanımı Hicran Nurəhmədova isə toxuculuq və tikmə sənəti ilə məşğuldur. Laçında olduqları vaxtdan bu sənətə böyük maraq göstərib. Rayonun işğalından sonra bacarıqlarını daha da artırıb. O, toxuduğu geyim və bəzək əşyalarının satışı ilə də məşğul olur.

Qəlbi yaradıcılıqla dolu olan ailənin qızı Gülər Hüseynova isə rəssamlıq qabiliyyəti ilə seçilir. O, xəyalında canlandırdığı geyim formalarını kağız üzərinə köçürür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/351492.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR