Avropa Oyunları ilə bağlı fətva verildi (VİDEO)

Avropa Oyunları ilə bağlı fətva verildi (VİDEO)
22:11 19 İyun 2015
111 İdman
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsi I Avropa Oyunları ilə bağlı fətva verib.

Fətvada deyilir ki, bu il orucluq I Avropa Oyunlarının gərgin yarışlar dönəminə təsadüf edir. Ramazanda idmançı rəqib qarşısında daha qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər. Bununla bağlı səhih mənbələrdə bildirilir ki, belə səbəblərdən oruc tutmayan şəxslər onun qəzasını orucluqdan sonra yerinə yetirməlidirlər.

ANS TV-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası I Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının müraciətlərini nəzərə alaraq, İslam fiqhi və şəriətinə dair bəzi məsələlərə aydınlıq gətirib.

Fətvada deyilir ki, bu il orucluq I Avropa Oyunlarının gərgin yarışlar dönəminə təsadüf edir. Vətəni sevmək də imandandır, rəqabət meydanında güclü olmaq, vətənin şərəfini qoruyaraq bayrağını yüksəklərə qaldırmaq da iman göstəricisidir.

“I Avropa Oyunları qurur şərəf və vicdan məsələsidir. Bu eyni zamanda həm Azərbaycanın bütün dünyada tanınması, həm də İslamın yüksəlişi deməkdir. Bizim bayrağımızda İslamın rəmzi var. Orda Azərbaycan bayrağı qalxır, bu isə İslamın yüksəlməsi və ucalması deməkdir. Ona gərə də biz belə bir qərara gəldik ki, oruc tutmamaq da olar. Onun əvəzində, yəni orucluqdan sonrakı dövrlərdə onun qəzasını həmin adam tutmalıdır”, – deyə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə bildirib.

Yarışlar ərəfəsində tutulmayan bir günün orucunun qəzası elə bir günə bərabər sayılır. İdmançı bayramdan sonra növbəti Ramazan ayınadək qəzaları yerinə yetirməlidir.

Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə inanır ki, idmançılarımız inşaallah məlum qərardan sonra daha çox qələbə qazanacaq, bizim xalqımız, vətənimiz, torpağımız üçün medal gətirəcəklər.

Fətva verilərkən, bir neçə mənbədən həm yerli, həm xaricdən alimlərin fikirləri, oxşar hallarda İslam alimlərinin çıxardığı qərarlar nəzərə alınıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR