Vaqif Sadıqov yenidən "Anji"nin düşərgəsində

Vaqif Sadıqov yenidən "Anji"nin düşərgəsində
13:47 21 Yanvar 2015
161 İdman
Ölkə mətbuatı
A- A+

Məşqçilər Komitəsinin üzvləri Antalyada təlim-məşq toplanışında olan “Anji” klubunun düşərgəsini ziyarət ediblər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mütəxəssislərimiz Mahaçqala təmsilçisinin baş məşqçisi Sergey Taşuyevlə görüşüblər.
  
Görüş zamanı Rusiya və Azərbaycan futbolunun hazırkı vəziyyəti, həmçinin çempionatlardakı legioner limiti məsələsi müzakirə olunub. Klubun rəsmi saytına açıqlama verən Taşuyev görüşlə bağlı danışıb: “Əsasən legioner limiti məsələsi ilə bağlı danışdıq. Çünki bu, birbaşa milli komandaya təsir göstərir. Həmkarlarıma bizim məşqçilər korpusunun fikri maraqlı idi. Bundan əlavə, hər iki ölkədəki futbolun hazırkı durumu barədə diskussiya apardıq”.
  
Qeyd edək ki, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov 1999 və 2011-ci illərdə “Anji”də çalışıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR