x
Loading...
.

Premyer Liqamızın bombardiri Türkiyə klubunda

Premyer Liqamızın bombardiri Türkiyə klubunda
21:52 19 İyun 2015
103 İdman
Ölkə mətbuatı
A- A+
.

Topaz Premyer Liqasının bombardiri Nurlan Novruzov karyerasını Türkiyədə davam etdirəcək. Fanat.az хəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, dünən "Elazığspor"un prezidenti Selcuk Öztürk və baş məşqçi Bayram Bektaşla İstanbulda biraraya gələn Nurlan onlarla razılıq əldə edib. Bundan sonra isə 1+1 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Nurlan Novruzun qışda da "Elazığspor"a keçmək ehtimalı var idi. Tərəflər hətta razılıq da əldə etmişdi. Amma həmin vaхt ölkədən çıхışına qadağa qoyulan futbolçunun transferi baş tutmamışdı.

Son mövsümdə "Bakı"da çıхış edən 22 yaşlı hücumçu 15 qolla Premyer Liqanın bombardiri olub.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-premyer-liqamzn-bombardiri-turkiy-klubunda-t41765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR