Milli komandamızdan çətin qələbə

Milli komandamızdan çətin qələbə
23:01 19 İyun 2015
72 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadın voleybolçular arasında qrup mərhələsinin IV turunun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, Bakı Kristal Zalında A qrupunda itkisiz irəliləyən Azərbaycan millisi bu gün Belçikanı sınağa çəkib. Aleksandr Çervyakovun yetirmələri 1/4 finala vəsiqəni təmin edib.

Millimiz Belçikanı 3:2 hesabı ilə məğlub edib. 1, 2, 3-cü setlərdə Azərbaycan millisi qələbə qazanıb.

Qrupumuzda Türkiyə də son tur öncəsi ilkin vəzifənin öhdəsindən gələ bilər. Onlar autsayder Rumıniyanı məğlub etsələr, növbəti mərhələdə iştirak hüququna yiyələnəcəklər.

B qrupunda isə ilk iki sırada qərarlaşan Serbiya ilə Hollandiyanın oyununa maraq böyükdü.

Voleybol
Qadınlar, IV tur

A qrupu
Rumıniya - Türkiyə 0:3 (16:25, 22:25, 19:25)
Polşa - İtaliya 3:0 (25:17, 25:18, 25:23)
Azərbaycan - Belçika 3:2 (25:21, 22:25, 25:20, 21:25, 15:6)

B qrupu
Bolqarıstan - Xorvatiya 1:3 (23:25, 23:25, 25:15, 23:25)
Serbiya - Hollandiya 2:3 (25:20, 22:25, 28:26, 16:25, 9:15)
22:00. Almaniya - Rusiya

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR