Macarıstanın nümayəndə heyəti Azərbaycan Tibb Universitetində

Macarıstanın nümayəndə heyəti Azərbaycan Tibb Universitetində
23:08 19 İyun 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, AZƏRTAC
Ölkəmizdə səfərdə olan Macarıstan Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) olub.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov rəhbərlik etdiyi təhsil müəssisəsinin inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, hazırda universitetdə yeddi mindən çox tələbə və rezident təhsil alır.
Rektor Azərbaycan- Macarıstan əlaqələrinin əhəmiyyətindən danışıb, təhsil müəssisələrimiz arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdən məmnunluğunu bildirən nümayəndə heyətinin üzvü, Macarıstan Tibb Universitetinin rektoru Szel Agoston ATU-nun klinikalarının çox yüksək səviyyədə olduğunu, müasir standartlara cavab verdiyini söyləyib.
Qonaq, eyni zamanda, iki ali təhsil ocağı arasında sıx əlaqələrin yaradılmasında maraqlı olduğunu və gələcəkdə bununla bağlı müqavilə imzalanacağını qeyd edib.
Görüşdə Macarıstanın Bakıdakı səfirliyinin ikinci katibi Zoltan Timar, Macarıstan Tibb Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Marcel Pop, Azərbaycanın Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Macaristanin_numayende_heyeti_Azerbaycan_Tibb_Universitetinde-865472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR