Bakı-2015: Radik İsayevə qızıl medalı prezident İlham Əliyev təqdim edib

23:12 19 İyun 2015
80 İdman
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 23:09 ]


Bakı-APA. Bakı-2015 I Avropa Oyunlarında Azərbaycana 13-cü qızıl medalı taekvondoçumuz Radik İsayev qazandırıb. Apasport.az saytının məlumatına görə, +80 kq çəki dərəcəsində yarışan idmançımız həlledici görüşdə Rusiya təmsilçisi Vladislav Larinə qalib gəlib.

 

Nəticədə İsayev çempion olaraq, ilk Avropa Oyunlarının birincisi adına layiq görülüb.

 

Bu görüşü Azərbaycan Prezidenti İlham Əliyev və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da tribunadan izləyib.

 

Fəxri kürsüyə qalxan İsayevə qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.

 

Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR