x
Loading...
.

Kişilər arasında su polosu yarışlarının finalında İspaniya və Serbiya yığmaları qarşılaşacaq

Kişilər arasında su polosu yarışlarının finalında İspaniya və Serbiya yığmaları qarşılaşacaq
22:13 19 İyun 2015
59 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 19 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
İyunun 19-da “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində kişilər arasında su polosu yarışlarının finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən ilk yarımfinal oyununda İspaniya və Xorvatiya komandaları qarşılaşıb. Rəqibini 9:8 hesabı ilə məğlub edən İspaniya komandası finala yüksəlib. Digər yarımfinal görüşündə isə Yunanıstan və Serbiya kollektivləri üz-üzə gəlib. Görüşün əsas vaxtı 7:7 hesabı ilə başa çatdığı üçün qapılara təyin olunan zərbələri dəqiq yerinə yetirən Serbiya millisi finala adlayıb – 13:12.
Beləliklə, İspaniya və Serbiya komandaları finalda qızıl medal uğrunda yarışacaq. Bürünc medal uğrunda görüşdə isə Xorvatiya və Yunanıstan yığmaları üz-üzə gələcək. Mükafatçılar iyunun 21-də müəyyənləşəcək.
Kişilərdən ibarət komandalar arasında 5-8-ci yerlər uğrunda görüşlərdə Rusiya yığması Almaniyanı 16:9, İtaliya komandası isə Macarıstan millisini 11:10 hesabı ilə məğlub edib.



















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kisiler_arasinda_su_polosu_yarislarinin_finalinda_Ispaniya_ve_Serbiya_yigmalari_qarsilasacaq-865474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR