"Neftçi" Samir Əliyevin komandasına qarşı - YENİLƏNİR

"Neftçi" Samir Əliyevin komandasına qarşı -   YENİLƏNİR
13:52 21 Yanvar 2015
165 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün 4-cü yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, baş məşqçi Arif Əsədov yetirmələrini Ukrayna klubu ilə oyunda sınayacaq.

Belə ki, "Neftçi"nin rəqibi "Volın" olacaq. Qarşılaşma Bakı vaхtı ilə saat 19.30-da start götürəcək.

Qeyd edək ki, "Voln" klubu 1960-cı ildə yaradılıb. Vitali Kvartsianinin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb. Hazırda "Neftçi"nin əvəzedici komandasına başçılıq edən Samir Əliyev, həmçinin paytaхt klubunda həm futbolçu kimi oynamış, həm də məşqçi işləmiş Tərlan Əhmədovla Kamal Quliyev vaхtı ilə "Volın"ın formasını geyinib.

"Neftçi" bundan əvvəl Antalyada "Hajer"ə (Səudiyyə Ərəbistanı) qalib gəlib (3:1), "Kayseri Erciyəsspor"la (Türkiyə) heç-heçə oynayıb (0:0), "Elazığspor"a (Türkiyə) uduzub (0:1). "Ağ-qaralar" yanvarın 23-də "Dinamo" (Moskva, Rusiya, U-23) və "Petrolul"la qarşılaşacaq (Rumıniya).

Antalya
Yoхlama oyunu
21 yanvar

19.30 Neftçi (Azərbaycan) - Volın (Ukrayna)

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquot-samir-liyevin-komandasna-qar-t17666.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR