Bakı-2015: Qadın voleybolçularımız tay-breklə qalib gəlib

Bakı-2015: Qadın voleybolçularımız tay-breklə qalib gəlib
23:22 19 İyun 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 23:13 ]

Bakı-APA. Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında qrup mərhələsinin IV turunun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, Bakı Kristal Zalında baş tutacaq görüşlərdən sonra daha bir neçə 1/4 finalçının adına aydınlıq gəlib.

 

Buna qədər yalnız iki komanda növbəti mərhələyə vəsiqəni rəsmiləşdirmişdi ki, bunlar da qrup liderləri Azərbaycan və Serbiya idi.

 

A qrupunda itkisiz irəliləyən Azərbaycan millisi Belçikanı sınağa çəkib. Aleksandr Çervyakovun yetirmələri 1/4 finala vəsiqəni təmin etsələr də, liderliyi möhkəmlətmək arzusunda idilər. Gərgin keçən qarşılaşma tay-brekə qədər uzanıb. Son setdə daha güclü çıxış edən Azərbaycan millisi rəqibi üzərində çətin qələbə qazanıb. Doğrudu, yığmamız qrupda ilk dəfə xal itkisinə məruz qalıb. Belə ki, hesab 3:2 nəticələndiyindən, yığmamız aktivinə 3 yox, 2 xal yazdırıb. Buna baxmayaraq, komandamız ardıcıl 4-cü qələbəsini qazanaraq, son tur öncəsi liderliyini davam etdirib.

 

Qrupumuzda Türkiyə də son tur öncəsi ilkin vəzifənin öhdəsindən gəlib. Onlar autsayder Rumıniyanı məğlub edərək, növbəti mərhələdə iştirak hüququna yiyələniblər. İtaliyaya heç bir şans verməyən Polşa da adını 1/4 finalçılar arasına yazdırıb.

 

B qrupunda isə ilk iki sırada qərarlaşan Serbiya ilə Hollandiyanın oyununa maraq böyük idi. Rəqib üzərində çətin qələbə qazanan hollandlar da növbəti mərhələ vəzifəsinin öhdəsindən gəliblər. Məğlubiyyətə baxmayaraq, Serbiya liderliyini qoruyub.

 

Voleybol

Qadınlar, IV tur

 

A qrupu

Rumıniya – Türkiyə - 0:3 (16:25, 22:25, 19:25)

Polşa – İtaliya - 3:0 (25:17, 25:18, 25:23)

Azərbaycan – Belçika - 3:2 (25:21; 22:25, 25:20, 21:25, 15:6)

 

1.

Azərbaycan

4

4

0

12-4

385-333

11

2.

Türkiyə

4 3 1 11-3 327-251 10

3.

Polşa

4

3

1

9-5

317-293

8

4.

Belçika

4

1

3

5-9

283-323

4

5.

İtaliya

4 1 3 4-9 265-309 3

6.

Rumıniya

4

0

4

1-12

259-327

0

 

 

B qrupu

Bolqarıstan – Xorvatiya - 1:3 (23:25, 23:25, 25:15, 23:25)

Serbiya – Hollandiya - 2:3 (25:20, 22:25, 28:26, 16:25, 9:15)

22:00. Almaniya – Rusiya

 

1.

Serbiya

4

3

1

11-4

346-301

10

2.

Hollandiya

4

3

1

9-7

357-348

8

3.

Almaniya

3

2

1

7-5

263-261

5

4.

Bolqarıstan

4

1

3

8-7

333-329

3

5.

Rusiya

3

1

2

4-6

223-236

3

6.

Xorvatiya

4

1

3

4-10

290-337

3

 

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR