Rusiya idmançıları tramplindən suya tullanma yarışlarında iki qızıl medal qazanıblar

23:23 19 İyun 2015
52 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, T.Ağayeva, Ü.Əhmədova, AZƏRTAC
İyunun 19-də Bakı Su İdmanı Sarayında tramplindən suya tullanma yarışları davam edib.
AZƏRTAC xəbər verir ki, yarışların ikinci günündə idmançılar bir və üç metr hündürlüyündə tramplinlərdən sinxron tullanma üzrə yarışıblar.
Qadınların bir metr hündürlüyündə tramplindən tullanma yarışında 20 ölkədən 29 idmançı iştirak edib. Atletimiz Olqa Bikovskaya 265.20 balla 27-ci pillədə qərarlaşaraq mübarizədən kənarlaşıb.
Bu yarışda qızıl medal sevincini Mariya Polikova (419.45) yaşayıb. Gümüş medala almaniyalı Stavczynski Louisa (392.20), bürünc medala isə ukraynalı idmançı Diana Şelestyuk (388.45) sahib çıxıb.
Kişilər arasında üç metr hündürlüyündə tramplindən sinxron tullanma üzrə yarışların final mərhələsində Avstriya, Rusiya, Almaniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Danimarka, Ukrayna, İsveçrə, İtaliya və Bolqarıstan idmançıları mübarizə aparıblar.
Qalib yenə rusiyalı atletlər olub. İliya Molçanov və Nikita Nikolayev cütlüyü 324.69 bal toplayaraq yarışı birinci pillədə başa vurub. Gümüş medalı Böyük Britaniya idmançıları Ceyms Hitli və Ross Haslam (286.05), bürünc medalı isə Almaniya təmsilçiləri Frityof Seydel və Niko Herzoq (284.22) qazanıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_idmanchilari_tramplinden_suya_tullanma_yarislarinda_iki_qizil_medal_qazaniblar-865478

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR