Bakı-2015: Taekvondo üzrə Azərbaycan yığması Avropanın ən güclü komandasıdır

Bakı-2015: Taekvondo üzrə Azərbaycan yığması Avropanın ən güclü komandasıdır
23:32 19 İyun 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

[ 19 İyun 2015 23:23 ]

Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışları başa çatıb

Bakı-APA. Bakı-2015 I Avropa Oyunlarının taekvondo yarışları başa çatıb. Apasport.az saytının məlumatına görə, dörd gün ərzində 8 dəst medal öz sahibini tapıb.

 

Qeyri-rəsmi komanda hesabında Azərbaycan yığması yarışa qatılan bütün rəqiblərini qabaqlayaraq, Avropa Oyunlarının ən yaxşısı adına yiyələnib. Hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc olan taekvondo millimiz mükafat qazanan 13 ölkə arasında ən yaxşı nəticə göstərib.

 

İkinci sırada Böyük Britaniya millisi qərarlaşıb. Onlar 3 medal qazansalar da, əyarına görə digər komandaları arxada qoyublar. Azərbaycan yığması ilə eyni sayda medal qazanan və 3 dəfə finalda üz-üzə gəlib, yalnız birində uduzduğumuz Rusiya siyahıda ilk “üçlüyü” qapayır. Ümumilikdə isə medal qazanan 13 ölkədən yalnız 5-i çempionluq sevinci yaşayıb.

 

Qeyd edək ki, taekvondoçularımızdan Ayxan Tağızadə (68 kq), Milad Beiqi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) Avropa Oyunlarını çempion kimi başa vurublar. Yalnız finalda uduzan Fəridə Əzizova (67 kq) 2-ci yeri tutduğu halda, Patimat Abakarova (49 kq) “bürünc”lə kifayətlənib.

 

 

1

Azərbaycan

3

1

1

5

2

Böyük Britaniya

2

0

1

3

3

Rusiya

1

2

2

5

4

Portuqaliya

1

0

1

2

5

Fransa

1

0

0

1

6

Serbiya

0

2

0

2

7-8

Xorvatiya

0

1

3

4

 

İspaniya

0

1

3

4

9

Polşa

0

1

0

1

10

İsveç

0

0

2

2

11-13

Türkiyə

0

0

1

1

 

Almaniya

0

0

1

1

 

Belçika

0

0

1

1

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387856

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR