"Aygün Kazımovaya gecə saat 5-də zəng etsəm..."

"Aygün Kazımovaya gecə saat 5-də zəng etsəm..."
23:37 19 İyun 2015
114 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni Elton Hüseynəliyev istirahətə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yay planlarından danışıb:

"Bodruma gedirəm, bir həftə orada qaldıqdan sonra Bakıya qayıdacam və Amerikaya gedəcəm. Bruklində toya dəvət olunmuşam. İyulun 4-də vətənimə qayıdacam, bölgələrə istirahətə yollanacam. Bizim rayonların havasından heç yerdə yoxdur".

E.Hüseynəliyev şou-biznesdəki dostlarından da bəhs edib:

"Şou-biznesdə dost olduğum insanlar çoxdur. Aygün Kazımovaya, Rəhim Rəhimliyə gecə saat 5-də də zəng etsəm qaçıb yanıma gələr. Bu aləmdə mərd insanlar az deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/351517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR