Məşhur aktrisanın ailəsində ağır itki - FOTO

Məşhur aktrisanın ailəsində ağır itki - FOTO
23:37 19 İyun 2015
102 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Oskar"lı ispan aktrisası Penelopa Kruzun ailəsinə ağır itki üz verib. 

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, aktrisanın atası Eduardo Kruz 63 yaşında ürək çatışmazlığından dünyasını dəyişib. Penelopa atasının ölüm xəbərini "Zoolander" filminin çəkilişindən qayıdarkən yolda öyrənib. 

Qeyd edək ki, Eduardo Kruzun Penelopadan başqa, ilk evliliyindən Monika və Eduardo Kruz balaca adlı daha iki övladı var. Onun ikinci nikahından isə Salma adlı (3 yaş) qızı dünyaya gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/351516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR