Azərbaycan taekvondoçusu: "Avropa Oyunlarında qazandığım qızıl medalla fəxr edirəm"

Azərbaycan taekvondoçusu: "Avropa Oyunlarında qazandığım qızıl medalla fəxr edirəm"
23:43 19 İyun 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir Vüqar İmanov/

"Taekvondo yarışlarda Avropanın ən güclü idmançıları iştirak edirdilər və buna görə də qələbə xüsusi dəyəri var". Bunu Trend-ə I Avropa Oyunları çərçivəsində taekvondo yarışlarında qızıl medal qazanmış Milad Beygi Xarçeqani (80 kq) deyib.

O bildirib: “Oyunlardan əvvəl söz vermişdim ki, azarkeşləri mütləq sevindirəcəyəm və sözümü tutaraq qızıl medal qazandığıma görə çox şadam”.

Taekvondoçumuz qeyd edib ki, finalda rusiyalı idmançı ilə görüş çətin alındı: “Finaldan əvvəl böyük məsuliyyət hissi vardı. Lakin həyəcanı boğaraq qələbəyə kökləndim. Avropa Oyunlarında qazandığım qızıl medalla fəxr edirəm”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/baku5015/2408496.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR