Bakının bu yolları 2 gün bağlı olacaq (VİDEO)

Bakının bu yolları 2 gün bağlı olacaq (VİDEO)
23:46 19 İyun 2015
102 İdman
Ölkə mətbuatı
A- A+

İki gün ərzində paytaxtın bir çox küçə və prospektləri nəqliyyat vasitələrinin hərəkəti üçün bağlı olacaq. Çünki iyunun 20-si və 21-də Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında velosiped yarışları keçiriləcək. Bu isə o deməkdir ki, velosipedlərin keçdiyi küçələrdə digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək.

Şəhərin mərkəzi küçə və prospektləri sabah səhər 5:30-dan axşam 21:00-a, iyunun 21-də isə gecəyarısı 3:30-dan axşam saat 21:00-a qədər bağlı olacaq.

Avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq yollar - Neftçilər prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermantov küçələri, Parlament prospekti, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Rixard Zorge, Rəşid Behbudov, Zərifə Əliyeva, Əziz Əliyev, Bakıxanov, Şəmsi Bədəlbəyli, Səməd Vurğun, Landau küşləri, Bülbül, İstiqlaliyyət, İnşaatçılar prospektidir.

“Velosiped yaraşları Azadlıq meydanından başlayacaq və o meydanda da başa çatacaq. Bağlı olan küçə və prospektlərə gəlincə həmin ərazidə avtomobillərin parklanması da qadağa ediləcək. Qeyd edim ki, 20-21 iyun tarixlərində keçiriləcək yarışlarla bağlı bəzi ekspress avtobusların hərəkət istiqaməti dəyişdiriləcək. Ekspress avtobuslar əsasən “Azneft” dairəsindən hərəkət edəcəklər”, - deyə NİİM-in mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Sürücülərə bu günlər ərzində alternativ yollardan və daha çox ictimai nəqliyyatdan, xüsusəndən metrodan istifadə etmək tövsiyyə olunur.

Alternativ yolları öyrənmək istəyənlər isə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin 141 sayı “qaynar xətt”inə zəng edərək gedəcəyi məkanı dəqiq söyləyərək öyrənə bilərlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=351966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR