Azərbaycan taekvondoçuları yarışları üç qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar

Azərbaycan taekvondoçuları yarışları üç qızıl, bir gümüş və bir bürünc medalla başa vurublar
00:08 20 İyun 2015
72 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 19 iyun, Nihat Budaqov, AZƏRTAC
"Bakı-2015" birinci Avropa Oyunlarının "Baku Crystal Hall"da keçirilən taekvondo yarışlarının dördüncü günündə Azərbaycan təmsilçiləri üçüncü qızıl medallarını qazanıblar. Kişilər arasında səksən kiloqramdan yuxarı çəki dərəcəsində yarışan Azərbaycan taekvondoçusu, dünya çempionu Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
AZƏRTAC xəbər verir ki, ilk Avropa Oyunlarının taekvondo yarışlarının sonuncu günündə - iyunun 19-da dayanq üzərində qadınlar 67 kiloqramdan yuxarı, kişilər isə 80 kiloqramdan yuxarı çəki dərəcələrində güclərini sınayıblar.
Azərbaycan taekvondoçusu, dünya çempionu Radik İsayev yarışa dörddəbir finaldan qoşulub və bu mərhələdə hollandiyalı Yeroen Vanroiyu 8:6 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Daha sonra sloveniyalı İvan Konrad Trajkoviçə böyük hesabla (17:2) qalib gələrək finala vəsiqə qazanıb.
Final görüşündə rusiyalı Vladislav Larini 4:3 hesabı ilə məğlub edən Radik İsayev birinci Avropa Oyunlarının çempionu olub və Azərbaycanın "Bakı-2015"-də qazandığı qızıl medalların sayını 13-ə çatdırıb.
Bürünc medallara isə xorvatiyalı Verdan Qolec və ispaniyalı Daniel Qomez Ros sahib olublar.
Qadınların yarışında Azərbaycan taekvondoçusu Marina Tedeyeva ilk görüşündə ukraynalı Marina Konievaya 4:10 hesabı uduzaraq mübarizəni dayandırıb.
Bu yarışın qalibi Fransa idmançısı Qvladis Epanque olub. O, finalda serbiyalı Milika Mandiki 9:8 hesabı ilə məğlub edərək "Bakı-2015"-in qızıl medalını qazanıb. Xorvatiyalı İva Rados və rusiyalı Olqa İvanova bürünc medalları bölüşüblər.
Bununla da "Bakı-2015"-də taekvondo yarışlarına yekun vurulub.









Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_taekvondochulari_yarislari_uch_qizil_bir_gumus_ve_bir_burunc_medalla_basa_vurublar-865490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR