Baş Prokurorluq mühafizəçilərlə bağlı məlumat yaydı

Baş Prokurorluq mühafizəçilərlə bağlı məlumat yaydı
13:54 21 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda vətəndaşları işə düzəltmək adı altında dələduzluq edən şəxslə bağlı Baş Prokurorluq məlumat yayıb. Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Bakı şəhər sakini Gündüz Cəfərovun ona qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Binəqədi rayon Polis İdarəsində araşdırılıb.

Aparılan araşdırmalar zamanı “Qala-BTX” və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri  işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar alıb, həmin şəxslərə 2014-cü ilin noyabr ayınadək müxtəlif məbləğlərdə əmək haqlarını qismən verərək, sonradan isə pulu mənimsəyərək dələduzluq yolu ilə zərərçəkmişlərə xeyli miqdarda zərər vurmasında şübhələr üçün əsaslar olduğundan V.Hüseynova Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə Bakı şəhər Baş Polis İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir. 

 

Qeyd edək ki, dələduzluqla üzləşmiş mühafizəçilər 2 gün əvvəl paytaxta etiraz aksiyası keçirməyə cəhd göstərib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR