İŞİD daşı-daş üstə qoymadı (VİDEO)

İŞİD daşı-daş üstə qoymadı (VİDEO)
13:56 21 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatı bombaladığı evlərin şok görünüşlərini yayımlayıb.

ANS PRESS-in məlumatına görə, terror təşkilatı İraqın Kərkük və Diyale bölgələrində həyata keçirdiyi hücumlarını əks etdirən görüntüləri ortaya çıxarıb.

İŞİD-in yaydığı həmin görüntülərdə İraq təhlükəsizlik qüvvələrinə mənsub şəxslərin evlərinin bombaladığı əks olunub.

Görüntülərin əvvəlində ABŞ əsgərləri tərəfindən öldürülən "əl Qaidə" üzvü Abu Musab Elzerkavinin çıxışı qeyd olunub. Zerkavi İraq təhlükəsizlik qüvvələri mənsublarının öldürülməsinin kafi olmadığını və onların evlərinin dağıdılmasının vacib olduğunu deyir.

Kərkük və Diyaledə 19 evə partlayıcı yerləşdirən İŞİD-çilər sünnilərin yaşadığı həmin evləri partladıblar.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR