Azərbaycanın Pakistandakı səfiri Bəlucustan əyalətinin parlamentinin sədri ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri Bəlucustan əyalətinin parlamentinin sədri ilə görüşüb
13:57 21 Yanvar 2015
227 Digər
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 13:54 ]


Bakı - APA. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikasının Bəlucustan əyalətinin parlamentinin sədri Mir Can Camali ilə görüşüb.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, görüş zamanı səfir Azərbaycan və Pakistan arasında mövcud olan dostluq  münasibətlərindən söz açıb, Dağlı Qarabağ məsələsi daxil olmaqla bütün məsələlərdə Pakistanın ölkəmizə indiyə kimi verdiyi dəstəyə görə əyalət parlamentinin spikerinə təşəkkür edərək, Azərbaycan xalqının da daim bütün məsələlərdə Pakistanla birlikdə olduğunu bildirib.

 

Görüş zamanı D.Şikarov Pakistan Senatının 2012-ci ilin 1 fevral tarixində Xocalı soyqırımını tanıyan və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməsinin qəbul edilməsində  M.C.Camalinin oynadığı əvəzsiz roluna görə ona bir daha təşəkkürünü bildirib (həmin dövrdə M.C. Camali Pakistan Senatının sədr müavini vəzifəsini tutub).

 

Bəlucistan əyalətinin parlamentinin spikeri Pakistan və Azərbaycan xalqları  arasında münasibətlərin səmimi dostluğa arxalandığını qeyd  edərək onların bütün sahələrdə inkişaf etdiyini vurğulayıb. O, Pakistanın Milli Assambleyası və Bəlucistan parlamentinin Azərbaycan Milli Məclisi arasında əlaqələrin qurulması, nümayəndə heyətlərinin mübadiləsi vacibliyindən danışaraq bildirib ki, mart ayında bir qrup parlament üzvləri ilə birlikdə Azərbaycana səfər etmək və Pakistanın daim Azərbaycanla olduğunu bir daha nümayiş etdirmək məqsədilə Novruz bayramını Azərbaycanda yaşayan məcburi köçkünlərlə birgə keçirtmək niyyətindədir.

 

Mir Can Camali 2012-ci il 01 mart tarixində Azərbaycana səfərini, prezident İlham Əliyevlə görüşünün təəssüratlarını bölüşüb. O, Bəlucistanda gedən proseslər barədə məlumatlar verib, Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevaya Bəlucistanın zəlzələdən zərər çəkmiş ərazilərdə və əyalətin digər bölgələrində  həyata keçirtmiş humanitar aksiyalara görə öz minnətdarlığını bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369806

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR