2014-cü ildə dünyada terror aktlarının sayı 81 faiz artıb

02:22 20 İyun 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

[ 20 İyun 2015 01:57 ]

Bakı-APA. 2014-cü ildə dünyada terror aktlarının sayı, demək olar ki, iki dəfə artıb.

 APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin illik hesabatında bildirilir.  

 

Qurumun məlumatına görə, 2014-cü ildə törədilən 13 500 terror aktı nəticəsində 33 min nəfər ölüb. Terror aktlarının sayı 2013-cü ildən (10 min terror aktı olub) 35 faiz, qurbanların sayı isə (18 min ölüm faktı) 81 faiz artıb.  

 

Hesabatda qeyd olunur ki, artım İraq, Əfqanıstan və Nigeriyada zorakılığın aktivləşməsi ilə bağlıdır.

 

Məlumata görə, 2014-cü ildə hər birində qurbanlarının sayı 100 nəfərdən çox olan 20 terror aktı törədildiyi halda, 2013-cü ildə cəmi 2 analoji terror hadisəsi qeydə alınıb.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/387861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR